Köhnə tanışların yenidən birlikdə oynamaq imkanı var

Köhnə tanışların yenidən birlikdə oynamaq imkanı var

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro yayda Səudiyyə Ərəbistanına keçə bilər. Bildirilir ki, o, Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubunun diqqət mərkəzindədir. Ərəblər Kazemiro üçün 40 milyon funt-sterlinq təklif üçün hazırlıq görür. 

Xatırladaq ki, hər iki futbolçu bir vaxtlar Madrid "Real"ının və İngiltərə "Mançester Yunayted"inin heyətində komanda yoldaşı olublar.