Niderland nəhəngi 35 yaşlı mütəxəssislə razılaşıb

Niderland nəhəngi 35 yaşlı mütəxəssislə razılaşıb

Liqa 1 təmsilçisi "Nitsa"nın baş məşqçisi Françesko Farioli "Ayaks"a keçə bilər. Xəbəri məşhur idman jurnalisti Canluka Di Marzio yayıb. Mənbənin məlumatına görə, 35 yaşlı italiyalı Niderland klubunun baş məşqçi postuna əsas namizəddir. Artıq tərəflər arasında ilk danışıqların aparıldığı qeyd edilir.