BMT-nin Baş Assambleyası mayın 25-ini hər il Ümumdünya Futbol Günü kimi tanınması barədə qətnamə qəbul edib. Təşkilatın mətbuat xidməti xəbər verir ki, qərar tarixdə ilk dəfə beynəlxalq futbol turnirinin 100 il əvvəl keçirilməsi ilə bağlıdır. Həmin əlamətdar hadisə 1924-cü il Paris Yay Olimpiya Oyunlarına təsadüf edir. Həmin vaxt finalda Uruqvay millisi isveçrəli rəqiblərindən üstün olmuşdular.
25 may tarixi futbol üçün yaddaqalan olacaq