Premyer Liqa: "Neftçi"dən böyükhesablı qələbə

Premyer Liqa: "Neftçi"dən böyükhesablı qələbə

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.

Turun açılış oyununda "Neftçi" və "Kəpəz" komandaları üz-üzə gəlib. "Neftçi Arena"da təşkil olunan oyun flaqmanın böyükhesablı qələbəsi ilə yadda qalıb -5:1. 

Bu nəticədən sonra "Neftçi" 53 xalla ikinci pillədə qərarlaşır. "Kəpəz" isə 35 xalla səkkizincidir. 

Turun digər oyunları mayın 11-12-də keçiriləcək.