14 komandanın mübarizə apardığı yarış başa çatdı

14 komandanın mübarizə apardığı yarış başa çatdı

"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə təhsil müəssisələri arasında keçirilən XI Respublika Spartakiadasına yekun vurulub.
Yarışlarda ümumilikdə 14 komandadan 780 (396 oğlan, 384 qız) tələbə idmançı gücünü sınayıb.
Oğlanların mübarizəsində Bakı Dövlət Neft-Energetika Kollecinin kollektivi yarışların qalibi adını qazanıb. Bakı Biznes və Kooperasiya Kolleci ikinci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci isə üçüncü yerə çıxıb. Qızların yarışında Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin komandası bütün rəqiblərindən üstün olub. 2 saylı Bakı Baza Tibb Kolleci ikinci, Bakı Dövlət Neft-Energetika Kolleci üçüncü yerlə kifayətlənib.
Ümumi komanda hesabında isə 2 saylı Bakı Baza Tibb Kollecinin təmsilçiləri XI Respublika Spartakiadasının qalibi adını qazanıblar. Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci və Bakı Dövlət Neft-Energetika Kollecinin komandaları, müvafiq olaraq, ikinci, üçüncü yerlərə sahib çıxıblar.