Mbappe “Real”da PSJ-dən az qazanacaq

Mbappe “Real”da PSJ-dən az qazanacaq

PSJ ilə yollarını ayırmaq üzrə olan Kilian Mbappenin Madrid "Real"ına keçəcəyi təqdirdə qazancağı məbləğ açıqlanıb. “Daily Mail” xəbər verir ki, Mbappenin maaşında ciddi azalma olacaq. Əgər parislilər fransalı hücümçu üçün illik 72 milyon avro ödəyirdilərsə, Madrid təmsilçisi onunla illik 25 milyonluq müqavilə imzalayacaq. Bununla belə, Kilian yenə də “Real”ın ən çox maaş alan futbolçusu olacaq.