Premyer Liqa: "Qarabağ"dan minimal hesablı qələbə 

Premyer Liqa: "Qarabağ"dan minimal hesablı qələbə 

Futbol üzrə Azərbaycan Premyer Liqasında 34-cü turun daha bir oyunu keçirilib. Günün son oyununda "Zirə" klubu doğma meydanda "Qarabağ"ı qəbul edib.

Zirə Olimpiya Komleksinin stadionunda keçirilən oyun Qurban Qurbanovun komandasının minimal hesablı qələbəsi ilə başa çatıb -0:1. Matçda vurulan yeganə qolun müəllifi Olavio Juninyo olub. Braziliyalı futbolçu 34-cü dəqiqədə penaltidən fərqlənib.

Çempionluğu ötən turlardan təmin edən "Qarabağ" qələbə sayəsində xallarını 79-a çatdırıb. "Zirə" isə 52 xalla üçüncüdür.

Tura mayın 12-də yekun vurulacaq.