Atletika üzrə milli komandamızın üzvləri Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Açıq Mərkəzi Asiya çempionatında iştirak edirlər.
Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın ilk günündə Nazim Babayev uzunluğa tullanmada uğurlu nəticə ilə yadda qalıb. Atletimiz 7.46 metr göstərici ilə ikinci yeri tutub. Bu növdə Kəsgin Abbaszadə 4-cü olub. 100 metr məsafəyə qaçışda Əlhəm Nağıyev 7-ci nəticə göstərib.