“Bu komandanın naminə hər şey etməyə hazıram”
Madrid “Real”ının hücumçusu Xoselu bildirib ki, onun klubdakı gələcəyi mövsümün sonunda müzakirə olunacaq.
Futbolçu hazırda icarə əsasında “Real”da çıxış edir. O, müqavilə ilə “Espanyol”a məxsusdur.
“Hər şey mövsüm bitəndən sonra həll olunacaq. İndi arzum reallaşa bilər. Bu komandanın naminə hər şey etməyə hazıram”, - deyə “Marca” futbolçudan sitat gətirib.
Məlumat üçün bildirək ki, Xoselu Çempionlar Liqasının "Bavariya" ilə ikinci yarımfinal matçının sonunda əvəzedici heyətlə meydana çıxıb və iki qolla komandasına qələbə qazandırıb. Joselu bu mövsüm “Real”ın heyətində 46 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.