Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 34-cü turun oyunlarına yekun vurulacaq.
Turun son oyun günündə iki qarşılaşma təşkil olunacaq.
Əvvəlcə meydana "Qəbələ" və "Sabah" klubları çıxacaq. Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq. Oyunun baş hakimi Elçin Məsiyev olacaq. Əyalət təmsilçisi 33 oyundan 20 xalla sonuncu - 10-cu pillədə qərarlaşır. Aktivində 52 xalı olan "Sabah" isə 4-cüdür.
Turun son oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib. "Sumqayıt" klubu doğma meydanda "Səbail"i qəbul edəcək. Saat 19:30-da start veriləcək oyunu Rəvan Həmzəzadə idarə edəcək. "Sumqayıt" 33 oyundan 51 xal toplayaraq beşinci pillədə qərarlaşıb. Aktivində 42 xalı olan "Səbail" isə yeddincidir.