“Azəryol” bürünc medallara sahib çıxdı

“Azəryol” bürünc medallara sahib çıxdı

Kişi həndbolçuların Azərbaycan çempionatı yekunlaşmaq üzrədir.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, sonuncu - XX turun ilk oyununda “Azəryol” və “Qarabağ” komandaları üz-üzə gəlib. Bürünc medalların taleyinin həll olunduğu görüş “AHF Arena”da keçirilib. Həlledici oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Oyunda 37:35 hesabı ilə qalib gələn “Azəryol” 30-cu, yubiley çempionatının bürünc medallarına sahib çıxıb.