Futbol üzrə Azərbaycan Premyer Liqasında 34-cü turun oyunlarına yekun vurulub. Günün ikinci matçında "Sumqayıt" və "Səbail" klubları üz-üzə gəlib.
Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Oyunda hesabı 41-ci dəqiqədə penaltidən fərqlənən Kasimir Ninqa K.Ninqa 45-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Qonaqların heyətində isə 90+4-cü dəqiqədə Aleksandr Ramalinqom fərqlənərək qollardan birinin əvəzini çıxa bilib.
Qələbə sayəsində xallarının sayını 54-ə çatdıran “Sumqayıt” ikinci pilləyə yüksəlib. "Dənizçilər" 42 xalla 7-cidir.