Futbol üzrə Azərbaycan Premyer Liqasında 34-cü turun daha bir oyunu keçirilib. Günün ilk matçında çempionatda sonuncu olacağı dəqiqləşən "Qəbələ" və "Sabah" klubları üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb -2:0. Matçda hesab 33-cü dəqiqədə açılıb. Əyyub Əllaş dəqiq zərbə ilə komandasını hesabda önə çıxarıb. Oyunun 45+1-ci dəqiqəsində isə Klesio Bauk fərqlənib.
"Qəbələ" qələbə sayəsində xallarının sayını 23-ə çatdırıb. "Sabah" isə hələlik 52 xalla 5-ci sıradadır.