Madrid “Real”ı bu gün La Liqada çempionluğunu qeyd edir. Tarixində 36-cı dəfə La Liqa çempion olan klubun futbolçuları səhər saatlarında baş məşqçi Karlo Ancelotti və prezident Florentino Peres ilə birlikdə kubokun yanında rəsmi geyimdə foto çəkdiriblər. Bu barədə "Real Madrid"in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Real” mövsümün bitməsinə 4 tur qalmış çempion olub. İndi Karlo Ançelottinin komandası bütün diqqətini iyunun 1-də baş tutacaq Çempionlar Liqasının finalına yönəldə bilər. “Los Blancos”un rəqibi Dortmund "Borussiya"sı olacaq.