Dünən Liqa 1-də 33-cü turun oyunları keçirilib. Vaxtından əvvəl çempionulq qazanan PSJ doğma azarkeşlər önündə «Tuluza»ya uduzub -1:3. Parislilərin yeganə qolunu Kilian Mbappe vurub. Bu onun PSJ forması ilə keçridiyi sonuncu matç kimi yadda qalıb. Kilianın son matçı azarkeşlər tərəfindən fərqli qarşılanıb. Azarkeşlərinin bir hissəsi fransalı forvardın ev oyununda onun şərəfinə pankart qaldırsa da, bəziləri onu fitə basıblar.
Xatırladaq ki, Mbappe 2018-ci ildən bu klubda çıxış edirdi. Onun yaxın günlərdə Madrid «Real»ına keçidi ilə bağlı rəsmi xəbər bütün dünya mediasının diqqətindədir.