ATP reytinqində liderlik dəyişə bilər

ATP reytinqində liderlik dəyişə bilər

Tennis üzrə ATP reytinq liderinin dəyişdirilməsi onlayn müzakirəyə çıxarılıb. Belə ki, italiyalı tennisçi Yannik Sinnerin serbiyalı Novak Cokoviçi dünyanın birinci raketkası statusundan məhrum etmək şansı artıb. Sinner ATP reytinqində birinci olan ilk italiyalı ola bilər. Bu, Cokoviçin "Rolan Qarros"un finalına çıxmayacağı təqdirdə mümkün olacaq. Sinner də «Rolan Qarros»da yarışmasa liderliyin əldə verəcək. Əgər Cokoviç finalda uduzsa, onu qabaqlamaq üçün Sinnerə yalnız yarımfinala çıxmaq kifayət edəcək.

Qeyd edək ki, Cokoviç hazırda ATP reytinqində Sinneri 1090 xal qabaqlayır.