Karlo ona ünvanlanan sualdan yayındı - «Mənim buna haqqım çatmır»

Karlo ona ünvanlanan sualdan yayındı - «Mənim buna haqqım çatmır»

Fransa prezidenti Emmanuel Makron "Real"ın hücumçusu Kilian Mbappenin Paris-2024 Yay Olimpiya Oyunlarınnı futbol yarışlarında ölkə yığmasında çıxış edəcəyinə ümid edir. Madrid klubun baş məşqçisi Karlo Ancelottiyə bu barədə sual ünvanlanıb. İtaliyalı mütəxəssis Emmanuel Makronun sözlərinə fərqli yanaşıb. Sual verilib ki, Makron Mbappenin Olimpiadada oynamasına icazə vermək üçün «Real»a təzyiq edəcəyini söyləyib. Belə bir şey mümkündürmü? «Fransa prezidentinin dediklərini şərh edə bilmərəm. Mənim buna haqqım çatmır", - deyə Karlo «Real France»yə bildirib. Qeyd edək ki, Mbappe artıq PSJ-dən ayrılacağını açıqlayıb.