Bu günün 5 futbolçusu gələcəyin uğurlu məşqçisi ola bilər

Bu günün 5 futbolçusu gələcəyin uğurlu məşqçisi ola bilər

Madrid "Real"ının baş məşqçisi Karlo Ancelotti gələcəkdə məşqçi kimi uğur qazana biləcək beş futbolçunun siyahısını hazırlayıb. “Düşünürəm ki, hazırda heyətimizdə çıxış edən bəzi futbolçularımız gələcəkdə məşqçi kimi böyük nəticə qazana bilərlər. Onlardan Luka Modriçi, Naço Fernandesi, Dani Sebalyosu, Toni Kroosu və Daniel Karvahalı xüsusi qeyd etmək istərdim”, - deyə Ancelotti mətbuat La Liqada çempionluğa həsr olunmuş mətbuat konfransında  bildirib.

Xatırladaq ki, Karlonun özünün “Los Blancos”la müqaviləsi 2026-cı ilin yayına qədər davam edəcək.