"Qaranlıq zolaq çox uzun çəkir" - Bekhem narahatdır

"Qaranlıq zolaq çox uzun çəkir" - Bekhem narahatdır

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhem keçmiş klubunda baş vermiş böhrandan danışıb. O, qeyd edib ki, klub son beş, bəlkə də on ildir çətinliklər yaşayır. «Vəziyyətin müsbət istiqamətdə dəyişməsini istərdim, əks halda qaranlıq zolaq çox uzun çəkir”, - deyə The Athletic Bekhemdən sitat gətirib.

Qeyd edək ki, "Mançester Yunayted" son matçda  London “Arsenal”ı ilə görüşdə 0:1 hesablı məğlubiyyətə uğrayıb. Erik ten Haqın komandası hazırda Premyer Liqanın turnir cədvəlində səkkizinci pillədədir.