"Qoca Sinyora" xəbərsiz qərar verib

"Qoca Sinyora" xəbərsiz qərar verib

Turinin “Yuventus” klubunun baş məşqçisi Massimiliano Alleqri bu mövsüm istənilən halda istefaya göndəriləcək. Hətta turinlilərin mövsümü kubokla başa vurmaq imkanı olsa belə, "Qoca Sinyora" fikirini dəyişməyəcək. İtaliya kuboku uğrunda "Atalanta” ilə final oyun isə mayın 15-də keçiriləcək. “Sky Sport”un məlumatına görə, Alleqrinin bu qərardan xəbəri yoxdur. Onu bu işdə Tiaqo Motta əvəzləyə bilər.