Qadın həndbolçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. XVI turun sonuncu oyununda "Kür" və "Qarabağ" komandaları üz-üzə gəlib. Mingəçevirdə təşkil olunan oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb -36:26. "Kür komandası qələbə sayəsində xallarının sayını 25-ə çatdıraraq çempionatda ikinci yeri tutub. Azəbaycan çempionatının qalibi adını isə “Qarabağ” komandası qazanıb. Üçüncü yeri isə 21 xalla olan “Azəryol” kollektivi tutub.
Qadın həndbolçuların ölkə çempionatı yekunlaşdı