Sərbəst güləşçilərimiz Dağıstana yollanır

Sərbəst güləşçilərimiz Dağıstana yollanır

Dekabrın 22-24-də Dağıstan Respublikasının Mahaçqala şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.
Yarışda sərbəst güləş üzrə Azərbaycan milli komandası da iştirak edəcək.
Turnirdə ölkəmizi böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Babək Hüseynov (42 kq), Əliabbas Rzazadə, Sabutay Əmişov (hər ikisi 46 kq), Elvin Namazov, Əfqan Xaşalov (hər ikisi 50 kq), Mahal Novruzov, Fazil Həsənov (hər ikisi 54 kq), Mahir Əmiraslanov (58 kq), Pənah İlyaslı, Teymur Məmmədov (hər ikisi 63 kq) və İqbal Hacızadə (100 kq) təmsil edəcəklər.
Həmyerlimiz Tural Əliyev turnirdə hakim kimi iştirak edəcək.