Minifutbol üzrə Azərbaycan çempionatında qalibin adına aydınlıq gəlib.
Final qarşılaşmasında "Aznur” və “Birbaşa Bakı" komandaları üz-üzə gəlib.
Bakı Tennis Akademiyasında keçirilən oyunda 5:2 hesablı qələbə qazanan “Birbaşa Bakı" komandası ardıcıl ikinci dəfə qızıl medallara layiq görülüb.
Qeyd edək ki, turnirin bürünc medallarına “Real Bakı" komandası sahib çıxıb. Onlar üçüncü yer uğrunda qarşılaşmada "Odlar Yurdu”nu 3:1 hesabı ilə məğlub ediblər.