Atletika üzrə yay Azərbaycan çempionatı keçiriləcək 

Atletika üzrə yay Azərbaycan çempionatı keçiriləcək 

Mayın17-18-də atletika üzrə yay Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunacaq.  

Turnirdə Bakı və respublikanın müxtəlif regionlarını təmsil edən 140-a yaxın atlet mübarizə aparacaq.

Azərbaycan millisinin aparıcı üzvlərinin də iştirak edəcəyi Azərbaycan çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün reytinq xallarının toplanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Yarışın açılış mərasimi mayın 17-də, saat 17:00-da olacaq.