Voleybol yığmalarımız Qızıl Avropa Liqasında mübarizəyə başlayır

Voleybol yığmalarımız Qızıl Avropa Liqasında mübarizəyə başlayır

Bu gün Azərbaycanın kişi və qadın voleybol milli komandaları Qızıl Avropa Liqasında ilk oyunlarını keçirəcək.

Əvvəlcə meydana kişilərdən ibarət yığma komandamız çıxacaq. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Bakıda Rumıniya seçməsini qəbul edəcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyun saat 18:00-da başlayacaq.

Faiq Qarayevin başçılıq etdiyi qadın voleybol millisi isə səfərdə Xorvatiya ilə qarşılaşacaq. Osiyek şəhərində yerləşən Qradski tədris və idman zalında baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Voleybol yığmalarımız Qızıl Avropa Liqasında mübarizəyə başlayır