7 boksçumuz Bakıda keçirilən beynəlxalq turnirin finalına vəsiqə qazandı 

7 boksçumuz Bakıda keçirilən beynəlxalq turnirin finalına vəsiqə qazandı 

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirində 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub. 

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinən verilən məlumata görə, yarışın dördüncü günündə son 2 çəki dərəcəsində də yarımfinalçılar müəyyənləşib.

Həmçinin, 3 çəkidə 1/2 final görüşləri təşkil olunub. Döyüşlərin nəticəsinə əsasən Azərbaycan millisinin daha 3 boksçusu yarımfinala, 7 idmançısı isə finala vəsiqə əldə edib.

Boks Mərkəzində keçirilən ənənəvi turnirin beşinci günündə 18 görüş keçiriləcək.