Norveçin Bergen şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Trond Mohn Oyunları keçirilir.
Azerbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmizi çəkic atma yarışında təmsil edən Anna Skidan növbəti dəfə uğurlu çıxışla yadda qalıb. Atletimiz 72.47 metr göstərici ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Xatırladaq ki, A.Skidan bir neçə gün əvvəl Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş Kusoçinskinin Memorialında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Atletimiz Norveçdə fəxri kürsünün ən yüksək pilləsində yer aldı