Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Masters” yarışında təmsilçilərimizdən ən yaxşı nəticə Aydın Süleymanlıya məxsus olub. Şahmatçı 9 turda 6 xal toplamaqla turniri 10-cu yerdə başa vurub.
Festivalın “Futures” turnirində birinci yerə Aqşin Əlizadə layiq görülüb. Yekunda 7,5 xal toplayan Azərbaycan təmsilçisi əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb.
Turnirdə üçüncü yeri aktivində 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.