Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa birinciliyinin ilk günündə uğurla çıxış ediblər.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Onur Quluzadə, Şakir Qədirov və Yağmur Məmmədli, Banu Baytallıdan ibarət heyət komanda yarışlarının ilkin qrup mərhələsində etimadı doğruldub.
İngiltərə seçməsinə 3-2, Estoniya kollektivinə 5-0 hesabı ilə qalib gələn idmançılarımız avstriyalı rəqiblərinə 2-3 hesabı ilə uduzaraq qrup ikincisi kimi növbəti mərhələyə adlayıblar.
Komandamız bu gün keçiriləcək ikinci qrup mərhələsində Almaniya, Bolqarıstan və Macarıstan seçmələri ilə mübarizə aparacaq.