"Olimpiakos" UEFA Konfrans Liqasının qalibi oldu

"Olimpiakos" UEFA Konfrans Liqasının qalibi oldu

 

Yunanıstanın "Olimpiakos” klubu UEFA Konfrans Liqasının qalibi olub. Xose Luis Mendilibarın komandası Afinadakı "AEK Arena"da təşkil olunan oyunda İtaliya təmsilçisi "Fiorentina"ya minimal hesabla (1:0) qalib gəlib. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. Qarşılaşmanın 116-cı dəqiqədə “Olimpiakos”un futbolçusu El Kaabi oyunda hesabı açıb. Bu matçda yeganə qol olub və Yunanıstan təmsilçisi Konfrans Liqasının qalibi adını qazanıb.