Voleybol millilərimiz Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcək

Voleybol millilərimiz Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcək

Azərbaycan qadın və kişi voleybolçulardan ibarət milliləri bu gün Qızıl Avropa Liqasında III turun oyununu keçirəcəklər.

Qadınlardan ibarət milli evdə Estoniyanı qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində təşkil olunacaq oyun saat 18.00-da başlayacaq.

Kişi voleybolçularımız isə Estoniya millisinin qonağı olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.

Qeyd edək ki, bundan əvvəl Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən qadın voleybolçularımız Slovakiya (1:3), Rumıniya (0:3) və İsveçə (0:3) məğlub olub. Milli 3 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb. Yığma iyunun 2-də Avstriya ilə qarşılşacaq.

Kişilərdən ibarət milli isə bundan əvvəlki qarşılşamalarda Rumıniya, Ukrayna, Belçika və Şimali Makedoniyaya 0:3 hesabı ilə məğlub olub. Xalı olmayan komanda sonuncu - 12-ci yerdədir. Kişi voleybolçular iyunun 1-də Lüksemburqla qarşılşacaq. Həm qadın, həm də kişi yığmalar arasında ən yaxşı 4 komanda "Dördlər finalı"na yüksələcək.