Avropa çempionatı: Millimiz bu gün 1/4 final oyununa çıxacaq 

Avropa çempionatı: Millimiz bu gün 1/4 final oyununa çıxacaq 

Bu gün minifutbol üzrə milli komandamız Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq. 

Elşad Quliyevin rəhbərlik etdiyi komandamız 1/4 final mərhələsi çərçivəsində Qazaxıstanla qarşılaşacaq.

Matçın start fiti saat 19:00-da səsləndiriləcək. 

Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstanı mübarizədən kənarlaşdırıb - 3:1.

Ukrayna, İngiltərə, Yunanıstanla mübarizə apardığı A qrupundan lider kimi çıxan Qazaxıstan isə 1/8 finalda Sloveniyanı məğlubiyyətə uğradıb.