AİJA 2013-cü ilin laureatlarını seçdi

AİJA 2013-cü ilin laureatlarını seçdi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2013-cü ilin laureatlarının adlarını açıqlayıb. İdman qəzetləri arasında "Olimpiya dünyası” qəzeti "İlin qəzeti” seçilib. Qəzetimizin şöbə müdiri Rahib Səmədov "İlin idman jurnalisti” adına layiq görülüb.


Əməkdaşımız fəxri adla bağlı fikirlərini belə ifadə etdi: "2013-cü il yaddaşımda uğurlu il kimi qaldı. Bu il jurnalist kimi, qəzetimizi idman sorğularında və regionlarda təşkil olunan beynəlxalq yarışlarda uğurla təmsil etmişəm. AİJA-nın rəy sorğusunda "İlin idman jurnalisti” seçildiyimə görə sevinirəm. Hesab edirəm ki, bu mükafat "Olimpiya dünyası” qəzetinin kollektivinin əməyinə göstərilən diqqətdir. Bu mükafatın əldə edilməsində kollektivimizin hər bir üzvünün əməyi böyükdür. Buna görə onlara və AİJA-nın rəhbərliyinə minnətdarlığımı bildirirəm. Ölkəmizdə idman jurnalistikasının inkişafında öz bacarığımı əsirgəməyəcəm”.



İlin idman jurnalisti

İdman qəzetləri üzrə Rahib Səmədov ("Olimpiya dünyası”)
Futbol qəzetləri üzrə Ceyhun Əliyev ("Het-trik”)
İdman jurnalları üzrə Saleh Salahov ("Sportsman”)
İctimai-siyasi qəzetlər üzrə Elçin Cabbarov ("Respublika”)
Televiziya Elman Məmişov (İctimai TV)
İnternet televiziyaları üzrə Sənan Məhərrəmov (APA TV)
İnformasiya agentlikləri üzrə Səxavət Quliyev (AzərTAC)
İnternet portalları üzrə Tuncay Türbəndəzadə (milli.az)

İlin kitabı (İdman üzrə)

"Bir qolun tarixçəsi”, Bakı, 2013.
Müəllif: Rasim Mövsümzadə

İlin idman telerejissoru
Valeh Əhmədov "İdman Azərbaycan”

İlin idman teleoperatoru

Zaur Ağamir "İdman Azərbaycan”

İlin fotoreportyoru
Fəxrəddin Abdullayev "Azəri Press” Agentliyi (APA)

İlin qəzeti

İdman qəzetləri arasında "Olimpiya dünyası”
Futbol qəzetləri arasında "Futbol+”
Rəsmi qəzetlər arasında "Azərbaycan”
İctimai-siyasi qəzetlər arasında "525-ci qəzet”
Rus dilində çıxan qəzetlər arasında "Zerkalo”

İlin idman telekanalı
"İdman Azərbaycan”

İlin idman radiosu
"İctimai radio”

İlin idman mətbuat xidməti

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) mətbuat xidməti

İlin internet protalı

İdman saytları arasında "Apasport.az”
İnformasiya saytları arasında "Mediaforum.az”

İlin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi
"AzərTac”

İlin idman xadimi
Mirkamil Rəhimov, Gənclər və İdman Nazirliyi idman idarəsinin rəisi

İlin idmançısı (qadınlar)

1. Kristina İovu, ağır atletika, dünya çempionatının gümüş mükafatçısı
2. Yuliya Ratkeviç, güləş, dünya çempionatının bürünc mükafatçısı, Qızıl Qran-prinin və Universiadanın qalibi
3. Fəridə Əzizova, taekvondo üzrə dünya çempionatının bürünc mükafatçısı

(kişilər)
1.Məhəmmədrəsul Məcidov boks
2. Elxan Məmmədov cüdo
3. Valentin Demyanenko avarçəkmə

İlin komandası

1.Şahmat üzrə milli komanda (kişilər),
2. Rabitə” (voleybol) Çempionlar Liqasının finalçısı
3."Qarabağ” FK

İlin məşqçisi

1.İbrahim İbrahimov cüdo üzrə milli komandanın (paralimpiya) baş məşqçisi
2.Aleksandr Xalifman şahmat üzrə (kişilər) milli komandanın kapitanı
3.Qurban Qurbanov "Qarabağ” futbol klubunun baş məşqçisi

İlin idman hakimi

İradə Qurbanova akrobatik gimnastika

İlin idman azarkeşi
Həmid Nəcəfquliyev