AVRO-2024: Bu gün ikinci tur çəçivəsində daha üç oyun keçiriləcək 

AVRO-2024: Bu gün ikinci tur çəçivəsində daha üç oyun keçiriləcək 

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatı davam edir. Bu gün qrup mərhələsi çərçivəsində ikinci turun növbəti 3 oyunu keçiriləcək. Qarşılaşmalar D və E qruplarında baş tutacaq.

Günün ilk görüşü Bakı vaxtı ilə saat 17:00-da E qrupunda Slovakiya və Ukrayna komandaları arasında olacaq. 

D qrupunun ilk görüşündə Polşa ilə Avstriya yığmaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Günün son oyunu D qrupunun iştirakçıları olan Niderland və Fransa komandaları arasında olacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.