İyunun 27-də stolüstü tennis üzrə ölkə birinciliynə start verilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar bacarıqlarını nümayiş etdirirlər. Üç gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparır. İştirakçılar şəxsi, qoşa və qarışıq qoşa növlərində qüvvələrini sınayırlar. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.