Azərbaycan karateçisi Aysu Əliyeva Xorvatiyanın Poreç şəhərində keçirilən “Karate 1” Liqa yarışında bürünc medal qazanıb.
Bu barədə Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətindənməlumat verilib. Məlumata görə, o, 21 yaşadək idmançıların mübarizəsində mükafatçılar sırasında yer alıb.
Qeyd edək ki, yarışda yığma komandaya AKF-nin baş katibi Qabil Sayadov və gənclərdən ibarət komandanın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.