Gimnastlarımız Nissen Kubokunda mübarizə aparırlar

Gimnastlarımız Nissen Kubokunda mübarizə aparırlar

İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə 52-ci Nissen Kubokuna start verilib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda Azərbaycan gimnastları da mübarizə aparırlar. Turnirdə məşqçi Abdulla Qasımovun rəhbərliyi altında 4 gimnastımız - Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova və Samirə Hüseynova iştirak edir.

Nissen Kubokuna iyunun 29-da yekun vurulacaq.