Rusiyada, Şimali Osetiyanın Vladiqafqaz şəhərində yeniyetmə güləşçilər arasında keçirilən "Rusiyanın gəncliyi” açıq respublika turniri və Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində təşkil edilən beynəlxalq turnir başa çatıb. Hər iki turnirdə iştirak edən sərbəst güləşçilərimiz ümumilikdə 1 qızıl və 3 bürünc medal qazanıblar.
Məşqçi Vahid Məmmədovun rəhbərliyi altında Vladiqafqazda keçirilən turnirdə Ruslan Aslanov (69 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Yığma komandanın üzvləri digər medalları Mahaçqalada keçirilən beynəlxalq turnirdə əldə ediblər. Belə ki, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə yollanan güləşçilərimizdən Teymur Məmmədov (63 kq) qızıl, Əliabbas Rzazadə (46 kq), Hacımurad Məhəmmədsəidov (76 kq) və Məhəmmədrəsul Qazıməhəmmədov (85 kq) bürünc medal qazanıblar.