Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Paris-2024 Yay Olimpiya Oyunlarında gimnastika üzrə ölkəmizi təmsil edəcək lisenziyaçılar və nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Gmnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, o, idmançıların son hazırlıqları ilə maraqlanıb və onlara uğurlar arzulayıb.
Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva da iştirak edib.
Qeyd edək ki, Azərbaycanı Paris Olimpiadasında bədii gimnastika üzrə Zöhrə Ağamirova, eləcə də qrup hərəkətləri komandası, batut gimnastikası üzrə isə Selcan Mahsudova təmsil edəcək.