Klublarımız Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayır

Klublarımız Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayır

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Azərbaycanın  təmsilçiləri “Sumqayıt”, “Zirə” və “Sabah” klubları da turnirdə ilk oyunlarına çıxacaq. "Sumqayıt" klubu doğma meydanda Macarıstanın “Fehervar” komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Turnirdə mübarizə aparan digər təmsilçimiz “Zirə” isə “Dalğa Arena”da Slovakiyanın “DAK 1904” klubu ilə üz-üzə gələcək. Bu oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

“Sabah” komandası isə səfərdə İsrail təmsilçisi “Makkabi Hayfa" komandası ilə qarşılaşacaq. Macarıstanın “Varkert” stadionunda təşkil olunacaq oyun saat 21:15-də başlayacaq.