Bakıda atçılığın konkur növü üzrə beynəlxalq turnir keçiriləcək

Bakıda atçılığın konkur növü üzrə beynəlxalq turnir keçiriləcək


Yanvarın 10-12-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə atçılığın konkur növü üzrə CSI1*-W/CSIYH1* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.
Novxanıdakı "Sərhədçi” Atçılıq Mərkəzində keçiriləcək yarışda Azərbaycan, Gürcüstan, İran və digər ölkələrdən 20-ə yaxın idmançı 40 atla mübarizə aparacaq.
Yarışı Türkiyə, Qazaxıstan, Rusiya və İrandan dəvət olunmuş hakimlər briqadası idarə edəcək. Tədbirin ümumi mükafat fondu 15 min ABŞ dolları təşkil edəcək.