Güləş üzrə Azərbaycan yığması təlim-məşq toplanışına başlayıb

Güləş üzrə Azərbaycan yığması təlim-məşq toplanışına başlayıb

2014-cü ilin təqvim planına əsasən qarşıdan gələn yarışlara hazırlıq məqsədilə güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışına başlayıblar. Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığması baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hazırlıq keçirlər.
Yanvarın 14-dək davam edəcək təlim-məşq toplanışına 12 idmançı - Yaşar Əliyev, Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Ruslan Dibirhacıyev, Toğrul Əsgərov, Əşrəf Əliyev, Cəbrayıl Həsənov, Həmzət Osmanov, Aleksandr Qostiyev, Xetaq Qazyumov, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov cəlb olunublar.
Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri isə Özbəkistan Güləş Federasiyası ilə imzalanmış müqaviləyə əsasən bu ölkədə hazırlıq keçirlər. Yanvarın 6-dan başlayan hazırlıq iki həftə davam edəcək. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 12 idmançı Özbəkistana yollanıb.