Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Fransada təşkil olunacaq növbəti təlim-məşq toplanışında iştirak edəcəklər.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komandamızın üzvləri bu gün baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Strasburq şəhərinə yola düşüblər.
İdmançılarımız avqustun 15-dən 22-dək Avropanın ən istedadlı stolüstü tennisçilərinin dəvət aldığı “EUROTALENTS” toplanışında iştirak edəcəklər. Stolüstü tennisçilər toplanışın ardınca, avqustun 23-də Fransanın Şiltiqheym şəhərində startı veriləcək “Euro Mini Champs” yarışında bacarıqlarını göstərəcəklər.
Qeyd edək ki, hər iki idmançı iyulun 25-dən avqustun 12-dək Çinin Şanxay şəhərinin stolüstü tennis mərkəzində təşkil olunan hazırlıq prosesinə də qatılmışdı.