Voleybol millimiz Avstriyaya yollanıb

Voleybol millimiz Avstriyaya yollanıb

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avstriyaya yola düşüb.

Azərbaycan Voleybol Fedrasiyasının mətbuat xidmətindən verilən məlumat görə, B qrupunda yer alan komandamız ilk matçını avqustun 17-də Avstriya yığmasına qarşı keçirəcək.

Təsnifat mərhələsindəki növbəti oyun isə avqustun 24-də Bakıda Belçika millisinə qarşı olacaq.

Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edəcək komandanın heyətində 14 voleybolçu yer alıb.

Qeyd edək ki, Avstriya ilə görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.