Avropa çempionatı: Voleybol millimiz ilk oyunda məğlub oldu

Avropa çempionatı: Voleybol millimiz ilk oyunda məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Avstriya yığmasının qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan komandasının təsnifat mərhələsindəki növbəti oyunu avqustun 24-də Bakıda Belçika seçməsinə qarşı olacaq.