Azərbaycanın yeniyetmə karateçiləri Macarıstanda keçirilmiş "Budapeşt Open" beynəlxalq turnirində uğurla çıxış ediblər.
Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətindən verilən məlumata görə, idmançılarımız yarışda 3 medal qazanıblar.
Turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Şəlalə Rüstəmova bütün rəqiblərinə qalib gələrək qızıl, gənclər arasında (16-17 yaş) Ramilə Heydərova gümüş medala sahib çıxıblar. Yeniyetmə oğlanlar arasında (14-15 yaş) isə Raul Səfərəliyev +70 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, "Budapeşt Open" beynəlxalq karate turnirində 42 ölkədən 2191 iştirakçı medallar uğrunda mübarizə aparıb.