Qazax kureşi yarışında iki medal qazanılıb

Qazax kureşi yarışında iki medal qazanılıb


Belarusun paytaxtı Minskdə qazax kureşi üzrə 4-cü dünya çempionatı keçirilib. 29 ölkənin iştirak etdiyi turnirdə ölkəmizi Sumo Federasiyasının güləşçiləri - Avropa çempionu Zaur Bağırov (90+ kq) və dəfələrlə Avropa birinciliyinin mükafatçısı olmuş Kamran Rzayev (80 kiloqram) təmsil edib. Hər iki güləşçimiz bürünc medala sahib çıxıb.
Kamran Rzayev Litva, Serbiya və Niderland nümayəndələrinə qalib gələrək, yarımfinala yüksəlib. Lakin idmançımız bu mərhələdə sambo üzrə dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçısı, qazax kureşi üzrə dünya kubokunun sahibi Bisarion Berulava (Gürcüstan) ilə görüşdə məğlub olub. Üçüncü yer uğrunda mübarizədə idmançımız Türkiyə güləşçisinə qalib gələrək bürünc medala yiyələnib.
Digər idmançımız Zaur Bağırov Almaniya, Latviya və CAR-dan olan rəqibləri üzərində qələbə qazansa da yarımfinalda qazaxıstanlı Aybek Nuqımarova uduzub. Bürünc medal uğrunda həlledici görüşdə o, İran idmançısına qalib gələrək üçüncü yerə layiq görülüb.