Heç kim "Roma"da işləmək istəmir 

Heç kim "Roma"da işləmək istəmir 

İtaliyanın "Roma" klubu Daniele de Rossi ilə yollarını ayırıb. Hazırda yeni baş məşqçi axtarışına çıxan "canavarlar" bir neçə namizədi nəzərdən keçirib.

"Corriere dello Sport" xəbər verir ki, klub Stefano Pioli, Xavi və Françesko Farioli variantı üzərində götür-qoy edib. Lakin hər üç mütəxəssis bu təklifi dəyərləndirməyib. "Udineze"nin baş məqşqçisi İvan Yuriçlə danışıqlar isə hələ ki, davam edir.

Qeyd edək ki, “Roma” hazırda A Seriyasında 6 turdan sonra 6 xalla 10-cu yerdə qərarlaşıb.