PSJ-nin baş məşqçisi Luis Enrike hazırda Madrid "Real"ında çıxış edən Killian Mbappe haqqında danışıb. O, fransalı hücumçunun Madrid klubunda çıxışından narazı olduğun gizlətməyib.
“Parisə gəldiyim vaxt Killian ilə yaxından tanış oldum. O, mehriban və istedadlı oyunçudur. Lakin onun "Real"a keçidini bəyənmədim. Onu qınamaq istəmirəm. Görünür o, karyerasını bu cür davam etdirmək istəyib" - deyə RMC Sport Enrikenin sözlərindən sitat gətirib.
Xatırladaq ki, fransalı 25 yaşlı Mbappe bu yay azad agent kimi Madrid "Real»nın heyətinə cəlb olunub.