“Xankəndi” futbol klubu yaradılıb

“Xankəndi” futbol klubu yaradılıb

Azərbaycanda “Xankəndi” futbol klubu yaradılıb.

AFFA-dan verilən məlumata görə, komanda 2024/2025-ci illər mövsümündə Region Liqasında çıxış edəcək.

Klub hələlik ev oyunlarını Şamaxı Olimpiya Mərkəzində keçirəcək.

Qeyd edək ki, AFFA Region Liqasının 2024/2025 mövsümünün oktyabr ayında başlaması nəzərdə tutulub.